Sahibə Qafarova fransalı spikerə: “Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir”
Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edərkən səsləndirib.
Spiker Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normallaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanatlar, qətnamələr qəbul etdiyini xatırladaraq, deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Əvəzində, bütün bu addımlar ərazilərimizdə separatizmi dəstəkləyib və Ermənistanda revanşist qüvvələri cəsarətləndirib.
O, həmçinin, Yael Braun-Pivetin 2023-cü ildə Ermənistana səfər etdiyini xatırladaraq, deyib ki, əgər fransalı spiker Ermənistandan sonra Azərbaycana da səfər etsəydi, Azərbaycanın mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət ola bilərdi. O, diqqətə çatdırıb ki, biz Fransanın 30 ildir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşmiş, Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI