Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysla görüşüb.
Görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçün ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmi diqqətə çatdırılıb.




Arzu Paşaqızı