Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədr müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.
Görüş zamanı iki ölkə liderlərinin rəhbərliyi altında bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.
Spiker Sahibə Qafarova qarşılıqlı rəsmi səfərlərin, eləcə də parlamentlər arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeyd edib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub.


Arzu Paşaqızı