Sahibə Qafarova beynəlxalq konfransda Ermənistanın 30 illik işğal siyasətindən danışıb

0

“Azərbaycan torpaqlarının 20 faizi 30 il Ermənistanın işğalı altında olub, şəhərlərimiz dağıdılıb, insanlarımız qaçqın və məcburi köçkün durumuna düşüblər”.

Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, problemli məsələlər həllini tapmalıdır: “İkili standartlardan qaçmalıyıq. Dünyada ədalət və səmimiyyətə ehtiyac var”.

S.Qafarova söyləyib ki, dünyada çətinliklər getdikcə artır: “Pandemiya ilə birlikdə artan çətinliklər həyatın bütün sahələrinə təsir etdi, sosial gərginlik yaratdı. Pandemiya, iqlim dəyişikliyi və qlobal problemlərə qarşı bəzi tədbirlər görməyə çalışırıq. Həmrəylik hər zaman vacibdir”.

Qeyd edək ki, sessiyanın sonunda bəyannamə qəbul olunacaq.

Xatırladaq ki, Asiya Parlament Assambleyası 2006-cı ildə Sülh naminə Asiya Parlamentləri Assosiasiyasının VII sessiyasının qərarı ilə yaradılıb.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir