Sahibə Qafarova: “Azərbaycan və Türkiyə bütün məsələlərdə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirir”

0

“Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin əsasında xalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərləri dayanır.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Bu gün dövlət başçılarımızın şəxsi dostluğu və qardaşlığı, siyasi iradəsi və qətiyyəti sayəsində bu münasibətlər “Bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələr üzrə hərtərəfli inkişaf edərək, özünün ən yüksək zirvəsinə – müttəfiqlik səviyyəsinə çatıb”.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşü zamanı səsləndirib. O, iki il öncə imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrini tamamilə yeni müstəviyə qaldırdığını vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik, qarşılıqlı dəstək nümayiş etdirdiyini, həm sevincli, həm də kədərli, çətin günlərdə bir-birinin yanında olduğunu deyib. O, İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən etibarən, o cümlədən, cari ildə Azərbaycan Ordusunun antiterror tədbirləri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövlətinin və xalqının Azərbaycanın haqq işinə öz açıq siyasi və mənəvi dəstəyini nümayiş etdirdiyini xatırladaraq, qeyd edib ki, bu gün Azərbaycanla Türkiyənin birliyi və həmrəyliyi, birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələr regional və beynəlxalq səviyyədə sabitliyə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova 2023-cü ilin həm Azərbaycanın, həm də Türkiyənin həyatında tarixi yubileylərlə zəngin olduğunu vurğulayaraq, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün yüksək səviyyədə qeyd edildiyini, həmçinin Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün tamam olduğunu bildirib.

Numan Kurtulmuş isə ölkələrimiz arasında münasibətlərin bugünkü yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, Sahibə Qafarovanın bu səfərinin də əlaqələrimizə töhfə verəcəyinə inamını bildirib.

TBMM sədrinin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edir. Ölkələrimiz bir çox məsələlərin həllində ortaq hərəkət edir. O, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və işbirliyi sayəsində regionda mövcud olan problemlərin həll mərhələsinə daxil olduğunu, bu əməkdaşlığın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında önəmini diqqətə çatdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir