Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının3-cü iclasının iştirakçıları ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərinin dostluq qruplarının 3-cü iclasının iştirakçıları ilə görüşüb.
Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdikləri nümayəndə heyətlərini salamlayan spiker Sahibə Qafarova Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladaraq, deyib ki, ölkələrimiz və xalqlarımız arasında olan münasibətlərin daha da gücləndirilməsinə yönəlmiş addımlar da dövlət başçımızın bu fikrini əks etdirir.







Arzu Paşaqızı