Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciət oxuyub

0

Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Qeyd edək ki, Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu beynəlxalq tədbirdə iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

(Müraciətin tam mətni ilə https://president.az/az/articles/view/66071 linki vasitəsilə tanış ola bilərsiniz).

Spiker Sahibə Qafarova müraciəti səsləndirdikdən sonra bildirib ki, ölkəmizdə keçiriləcək COP-29-un rəhbər heyəti də bu konfransda iştirak edir və Azərbaycan heyəti bütün tərəflərlə görüşməyə, onları dinləməyə, həmçinin qaldırılacaq məsələlərin COP29 planlarında əks olunmasını təmin etməyə hazırdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir