Sahibə Qafarova: “Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur “

0

Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində “Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı” mövzusunda məruzə ilə çıxış edib. O, auditoriya qarşısında çıxışında Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri, ölkəmizin dünyada dialoq, sülh və təhlükəsizliyə töhfələri barədə də danışıb.

Turanın səsi ” xəbər verir ki , Spiker Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini beynəlxalq arenada yeganə davranış qaydaları kimi qəbul edərək, qarşılıqlı etimad və maraqlar əsasında çoxvektorlu əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa önəm verir, hər zaman dialoq və həmrəyliyə səylər göstərir.

Milli Məclisin sədri Sahibə Qafarovanın sözlərinə görə, bu gün Azərbaycan dünya mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qruplara ev sahibliyi edir. Müxtəlif dini və mədəni abidələr, məscidlər, kilsələr və sinaqoqlar bir-birinin yanında yerləşir. Multikulturalizm xalqımızın həyat tərzidir. Nəticə etibarilə, müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin və dövlət siyasətinin ayrılmaz hissəsidir.

Sahibə Qafarova Azərbaycanın multikulturalizm və tolerantlıq məsələlərinə hər zaman xüsusi önəm və diqqət göstərdiyini bildirərək, qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu, Dünya Dini Liderləri Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu qlobal sülhə, harmoniyaya və əməkdaşlığa gətirib çıxara biləcək əsas amil hesab edir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir