Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının sədri ilə görüşüb

Yanvarın 27-də Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero ilə görüşüb.


Görüşdə Milli Məclisin sədri ADPA-nın Qadın Parlament Forumunun 2-ci sessiyasının əhəmiyyətindən danışıb və Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova dünən ADPA-nın Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib və yekun qərar verildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Arzu Paşaqızı