Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.


Sessiyanın açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib. Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.

Arzu Paşaqızı