Sahibə Qafarova: Adamı dəhşət bürüyür…

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib.

turaninsesi.az” xəbər verir ki, o, deputatları görülən işlərdən də danışmağa çağırıb.

Sədr deyib: “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, bütün ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, niyə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?”

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI