Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransında çıxış edib

0

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxış edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Azərbaycan Respublikasının Parlamenti adından qonaqları salamlayan spiker Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Parlamentlərarası konfransın işinə uğurlar arzulayıb.
O, bildirib ki, dünən 6-cı Ümumdünya Forumu öz işinə başlayıb. Zati-aliləri cənab İlham Əliyevin açılış mərasimindəki çıxışından və gün ərzində keçirilən müzakirələrdən artıq bu Forumun əsas ideyası məlumdur. Bu tədbirin dialoqu, qarşılıqlı etimadı və anlaşmanı təşviq etdiyini söyləyən Milli Məclisin sədri deyib ki, müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazanıb. Spikerin sözlərinə görə, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. Milli Məclisin sədri bildirib ki, 6-cı Forum çərçivəsində keçirilən bugünkü konfrans parlamentlərin mədəniyyətlərarası dialoqa yanaşmasının əhəmiyyətini göstərir. Biz xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahibik. Və bu gün burada toplanaraq, mövcud müzakirələrə töhfə verməyə çalışırıq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir