Səməd Seyidov: “Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq və gücsüzlük göstəricisidir”
“Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamofob qətnamədir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: “Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxaqlığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI