Səməd Seyidov: ABŞ Senatının komitə sədrinin Azərbaycanla bağlı açıqlaması əsassız və təxribat xarakterlidir
ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatı dərin məyusluq hissi doğurur.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
B.Kardinin nəzərinə çatdırırıq ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvüdür. Azərbaycanın əksər beynəlxalq platformalarda uğurlu fəaliyyəti məhz beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinə əsaslanır. Ölkəmizin xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində faktiki olaraq ölkələrin sayı və təsir imkanlarına görə BMT-dən sonra dünyanın ikinci ən böyük platformasının inkişafına verdiyi töhfələr Hərəkata üzv olan 120 ölkə tərəfindən hörmətlə qarşılanır.
Təsadüfi deyil ki, beynəlxalq dialoq və əməkdaşlığın daha da genişləndirilməsində oynadığı rola, beynəlxalq qaydalara və qarşılıqlı fəaliyyət normalarına hörmətlə yanaşmasına, öz prinsipial mövqeyinə görə ölkəmiz 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülmüşdür. Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ-ın özü də dəstəkləmişdir. Buna baxmayaraq, COP29 ərəfəsində senator B.Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır.
B.Kardinə tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator R.Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI