Səhiyyə komitəsinin iclasında

Oktyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitənin sədri Əhliman Əmiraslanov deputatları cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Diqqətə çatdırılıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.
Əvvəlcə, komitə sədri gündəliyin birinci məsələsi – Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Komitə sədri qeyd edib ki, sənədin hazırlanması zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi proqram xarakterli fikirləri və tövsiyələri əsas götürülüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir