Səhiyyə komitəsinin iclasında

Sentyabrın 15-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.
İlk öncə komitə sədri Səhiyyə komitəsində 2025 – ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada komitədə 13 iclas keçirilib, ümumilikdə 18 məsələ müzakirə olunub, həmçinin, “ Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə təşkil olunub.
Daha sonra, komitə sədri Səhiyyə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, planda payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə baxılması, müvafiq ictimai müzakirələrin keçirilməsi və digər məsələlər əks olunub.



⤵️
Arzu Paşaqızı