Səhiyyə komitəsinin iclasında

Mayın 27-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Komitə sədri bildirib ki, layihə birinci oxunuşda həm komitədə, həm də plenar iclasda geniş müzakirə olunaraq yekdilliklə qəbul edilib. O, qeyd edib ki, qanun layihəsinin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və tibb işçilərinin peşəkarlığının yüksəldilməsidir. Yeni mexanizmə əsasən, sertifikasiya imtahanlarına alternativ olaraq davamlı peşəkar inkişaf sistemi tətbiq ediləcək. Belə ki, tibb işçiləri beş il ərzində 250 kredit balı toplayaraq imtahandan azad olunacaqlar və peşəkar fəaliyyətlərini davam etdirə biləcəklər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI