Şəhid ailələrinin üzvləri dövlət qulluğu imtahanından azad edilməlidirlər – TƏKLİF
“Şəhid ailələrinin birinci dərəcəli üzvləri dövlət qulluğu imtahanından azad edilməlidirlər”.
“Turanın səsi” bildirir ki, Milli Məclisin iclasında deputat Elşən Musayev belə təkliflə çıxış edib.
O bildirib:
“Biz şəhid ailələri ilə görüşlər keçiririk. Onların dövlət qulluğu ilə bağlı suallarına bəzən cavab verə bilmirik. Hesab edirəm ki, şəhid ailələrinin üzvləri verdikləri şəhidlər sayəsində ən böyük imtahanı veriblər”.