Səhiyyə komitəsinin iclasında

Aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin – Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib.
Qanun layihəsi barədə danışan Əhliman Əmiraslanov sənəddə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər səhiyyəmizin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşə yararlılığının yoxlanılması işinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI