Regional məsələlər komitəsinin iclasında
Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyasının ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov sessiyasında başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara növbəti sessiyada uğurlar arzulayıb.
Komitə sədri, ilk növbədə, ötən il dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, siyasi, logistika, sosial, ordu quruculuğu və tikinti sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs edib, dövlətimizin beynəlxalq arenada daha da artan nüfuzunu vurğulayıb.
Daha sonra gündəliyə daxil olan məsələlər – 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.

Arzu Paşaqızı