Regional məsələlər komitəsinin iclasında

Oktyabrın 4-də VII çağırış Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü il payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitənin sədri Siyavuş Novruzov növbədənkənar seçkilərdə deputat mandatı qazanmış komitə üzvlərini yeni sessiyanın başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın işğaldan azad edilməsinin növbəti ildönümü olduğunu, hazırda ərazi bötüvlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb. İclasda torpaqlarımızın işğaldan azad edilməsini arzulayan və bunu vəsiyyət edən Ulu öndər Heydər Əliyevin, habelə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Siyavuş Novruzov iclasın gündəliyində iki məsələnin – Regional məsələlər komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı layihəsinin, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) olduğunu söyləyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir