Qırğızıstan Joqorku Keneşinin sədri Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Məktubda deyilir: “Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladıq. Qırğızıstan Joqorku Keneşinin və öz adımdan həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram…
Bu çətin günlərdə sizin kədərinizi bölüşür və qardaş Azərbaycan xalqına səbir diləyirik”, – deyə məktubda qeyd edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI