QDİƏTPA-nın 65-ci plenar sessiyasının iştirakçıları Şuşada olublar

İyunun 19-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzulidən sonra Şuşa şəhərində olublar.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları qarşılayan Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad edildikdən sonra burada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və görüləcək işlər barədə məlumat veriblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI