QDİƏT Parlament Məclisinin komitə iclasında
Aprelin 11-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Texnoloji və ekoloji məsələlər üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasda Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri deputat Eldar Quliyev, üzvləri – deputatlar Ramin Məmmədov və Elşad Mirbəşir oğlu iştirak ediblər.
Əvvəlcə iclasın gündəliyi təsdiq edilib. Sonra tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə kosmik texnologiyalar: milli siyasət və inkişaf” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Yekunda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI