QDİƏT Parlament Məclisinin İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin onlayn iclasında

0

Noyabrın 3-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin  (QDİƏT PM) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin videokonfrans formatında 59-cu iclası keçirilib.

İclasda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Jalə Əhmədova, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev,  həmçinin digər üzv ölkələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Pandemiyadan sonra QDİƏT üzv dövlətlərində kənd təsərrüfatı sahəsində əməkdaşlığın çağırışları və perspektivləri” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

İclas iştirakçıları gündəlikdəki məruzəni və məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər, qurumun cari fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul ediblər, komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir