QDİƏT Parlament Assambleyasının komitə iclasında

0

Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 60-cı iclası keçirilib.

Komitə iclasında QDİƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, qurumun sədr müavini, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov və deputat Jalə Əhmədova iştirak ediblər.

Komitədə, əvvəlcə, iclasın gündəliyi və 59-cu iclasın protokolu təsdiq edilib.

Sonra tədbirdə “QDİƏT-ə üzv ölkələrdə xarici investisiyaların cəlb edilməsinin təşviqində parlamentlərin rolu” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

İclasda iştirak edən QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi barədə məlumat verib. O, bildirib ki, növbəti iclas “QDİƏT-ə üzv ölkələrdə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunacaq.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir