Qazaxıstanın Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib

İyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib.
İclasda TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova çıxış edərək, bu toplantıda aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
O, çıxışında Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sahibə Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI