Qazaxıstan Parlament Məclisinin sədri Milli Məclisin sədri Sahibə Qafarovaya təyyarə qəzası ilə əlaqədar zəng edib
Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qazaxıstan Parlament Məclisinin sədri “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirərək, öz növbəsində bu təyyarə qəzasında Qazaxıstan vətəndaşlarının da həlak olması ilə əlaqədar Yerlan Koşanova başsağlığı verib, onların ailələrinə və yaxınlarına səbr diləyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI