Qarabağ Universitetinin tələbələri Milli Məclisdə olublar

Mayın 27-də Milli Məclisdə 28 May – Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, konstitusion quruluşunun bərqərar olunmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət edilən təqdimat nümayiş olunub.







⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI