Qahirədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 9-da Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Vitse-spiker səfərdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bu ölkədə keçirilən yubiley tədbirlərində iştirak edəcək.
Səfər iyunun 12-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI