Parlamentdə ABŞ əleyhinə sərt bəyanat: QATİLDİR!
“Azərbaycanın apardığı tikinti-quruculuq işləri, cənab Prezidentin qətiyyətli siyasəti bir çox ölkələri ciddi şəkildə narahat edir”.
“turaninsesi.az” xəbər verir ki, bunu komitə sədri Siyavuş Novruzov parlamentdəki çıxışında bildirib.
O qeyd edib ki, bu ölkələrin başında ABŞ dayanır.
“Bu dövlətlər Cənubi Qafqazda yenidən müharibə alovunu alovlandırmaq istəyir”, – deyən S.Novruzov əlavə edib ki, son 60 ildə ABŞ dünyada baş verən müharibələrdə ya dolayısı ilə, ya birbaşa iştirak edib.
“Bu tökülən qanların böyük hissəsi ABŞ-nin üzərinə düşür. Dünyanın bütün qitələrinə nəzər salsaq, Amerikanın barmağı oradan çıxır”, – o qeyd edib.
Deputat bildirib ki, vaxtilə “Dağlıq Qarabağa”, indi isə Ermənistana yardım göstərilməsi, bölgəyə ayrı-ayrı qüvvələrin yerləşdirilməsi, Zəngəzur dəhlizinin açılmaması ABŞ-nin bu münaqişənin “həlli”nə verdiyi töhfələrdir.
Siyavuş Novruzov bəzi qüvvələrin amerikalı anti-Azərbaycan mövqeli 60 konqresmeni az qala “milli qəhrəman”a çevirmək istiqamətində mövqeyini də tənqid edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI