Parlament satınalma üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir

0

Azərbaycan Respublikası Milli Məclisinin Aparatı inzibati vəzifələrin üçüncü təsnifatı üzrə (satınalmalar üzrə mütəxəssis vəzifəsinə) dövlət qulluğuna qəbul ilə əlaqədar müsahibə elan edir. Vəzifənin qulluq funksiyaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn satınalan təşkilata aid vəzifələrin yerinə yetirilməsindən ibarətdir. Namizədlər ali təhsilə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş satınalan təşkilatda dövlət satınalmaları üzrə 2 il iş stajına, dövlət satınalmalarının vahid internet portalından sərbəst istifadə etmək bacarığına malik olmalı, dövlət satınalmaları haqqında qanunvericiliyi yüksək səviyyədə bilməlidirlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər öz tərcümeyi-hallarını office@meclis.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2024-cü il martın 7-dək davam edəcək.

Qeyd edirik ki, yalnız yuxarıda sadalanan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir