Parlament müəllimlərin sertifikasiyası ilə bağlı dəyişikliyi ilk oxunuşda təsdiqləyib
Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.
“Turanın səsi ” xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.
Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI