Parlament Məhkəmə-Hüquq Şurasının sədrinin yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihəni təsdiqləyib

0

Məhkəmə-Hüquq Şurasının sədrinin Şuranın yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihə sonuncu oxunuşdan keçib.

Turanın səsi ” in xəbərinə görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir