Parlament “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi I oxunuşda qəbul edib

0

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsinin inzibati vəzifələrin birinci təsnifatına daxil edilməsi barədə layihə I oxunuşda təsdiqlənib.

Turanın səsi ” in xəbərinə görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir