Parlament Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib
Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib.
“Turanın səsi ” xəbər bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI