Parlament 50 nəfərin siyasi partiya təsis etməsi ilə bağlı layihəni l oxunuşda qəbul edib
Parlament 50 nəfərin siyasi partiya təsis etməsi ilə bağlı layihəni birinci oxunuşda qəbul edib.
“Turanın səsi ” xəbər verir ki ,bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.
Lahiyəyə əsasən, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə biləcək.
Xatırladaq ki, layihənin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
Layihə l oxunuşda qəbul edilib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09