Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.l

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Milli Assambleyanın sədri bu barədə özünün sosial şəbəkə səhifəsində paylaşım edib. Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbərindən çox kədərləndiyini bildirən Sərdar Ayaz Sadiq, hadisə nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Pakistan hökuməti və xalqının bu kədərli gündə Azərbaycanın yanında olduğunu vurğulayan Milli Assambleyanın sədri yaralananların tezliklə sağalmasını arzulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI