Özbəkistanda “Şuşa günləri” keçiriləcək

0

Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tamam Cəfərova və Vüqar İsgəndərov aprelin 11-12-də Özbəkistanda keçiriləcək “Şuşa günləri” silsilə tədbirlərində iştirak edəcəklər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa günləri”i tədbirlərinin açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfransın, kitab təqdimatının, foto və nəşrlərdən ibarət sərginin keçirilməsi, həmçinin Qarabağa aid milli geyimlərin, bədii kompozisiyaların nümayişi və konsert proqramları nəzərdə tutulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir