Naxçıvan Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə iki yeni hakim təyin ediləcək.
“Turanın səsi” in xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyh oğlu və Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.
Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09