Narkotikin təsiri altında ictimai nəqliyyatı idarə edən sürücülük hüququ olmayan şəxslər həbs olunacaq

0

Narkotikin təsiri altında ictimai nəqliyyatı idarə edən sürücülük hüququ olmayan şəxslər həbs olunacaq.

Turanın səsi ” in xəbərinə görə, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir