Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Dekabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Arzu Nağıyev gündəliyə 3 qanun layihəsinin daxil edildiyini bildirib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri gündəliyin birinci məsələsi olan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə diqqətə çatdırıb ki, layihə Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. O, qanun layihəsinin humanitar minatəmizləmə fəaliyyətinə aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini vurğulayıb. Arzu Nağıyev sənədin əvvəlki oxunuşlarda geniş müzakirələrdən keçdiyini qeyd edib, müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI