Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

0

Oktyabrın 31-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Gündəlikdəki 5 məsələ barədə komitə sədri Arzu Nağıyev məlumat verib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


O, gündəliyin birinci məsələsi olan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin (ikinci oxunuş) birinci oxunuş zamanı geniş müzakirələrdən keçdiyini qeyd edərək müzakirələrdə qaldırılan məsələlərə izahat verib və münasibətini bildirib. Komitə sədri qanun layihəsinin humanitar minatəmizləmə fəaliyyətinə aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gələrək uyğunlaşdırma məqsədi ilə hazırlanıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir