Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

0

Oktyabrın 3-də VII çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Arzu Nağıyev komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Komitə sədri bugünkü tarixin əhəmiyyətini xüsusi qeyd edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 31 il keçdiyini vurğulayıb, Ulu öndərin yaratdığı milli ideologiyanın bu gün də davam etdiyini bildirib.
Arzu Nağıyev komitənin bugünkü iclasının gündəliyinə 7 məsələnin daxil olduğunu söyləyib. Əvvəlcə, o, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi barədə danışıb. Bildirilib ki, sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Minatəmizləmə fəaliyyəti haqqında” layihələrin müzakirəsi, komitəyə müvafiq orqanlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir