Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Fevralın 3-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib.
Komitə sədri Arzu Nağıyev gündəliyə bir məsələnin – “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinin daxil edildiyini söyləyib.
Bildirilib ki, preampula, 9 fəsil və 68 maddətən ibarət olan Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığı gücləndirmək, ağır cinayətlərə dair elektron sübutların toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi mexanizm formalaşdırmaq məqsədilə hazırlanıb. Bununla belə, Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Arzu Paşaqızı