Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Sentyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Arzu Nağıyev komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil olunduğunu bildirib.
Komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə məlumat verib. O, söyləyib ki, sessiya dövründə komitənin 11 iclası keçirilib, ümumilikdə 27 məsələyə baxılıb və 11 qanun layihəsi müzakirə olunub.
Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 351 ərizə daxil olub. Onlardan 283-ü müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib, digər müraciətlər isə komitədə araşdırılıb və qanunvericilik təşəbbüslərinin hazırlanmasında nəzərə alınıb.



⤵️
Arzu Paşaqızı