Moldova Parlamentinin sədri İqor Qrosu Milli Məclisin nümayəndə heyəti ilə görüşüb

0

21 fevralda Avronest Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Moldova Parlamentinin sədri İqor Qrosu tərəfindən qəbul olunub. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Parlament sədri görüşdə Azərbaycan nümayəndə heyətini Moldovada salamlayaraq, Azərbaycan ilə Moldova parlamentlərarası münasibətlərin yüksək səviyyədə inkişafından söz açıb. 2022-ci ilin fevralında Azərbaycana, o cümlədən Şuşaya səfərini xatırlayan spiker, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-tikinti işlərinin nəticələri ilə maraqlanıb, mövcud dəyişikliklər ilə tanış olmaq üçün bir daha sözügedən regiona səfər etməyə hazır olduğunu dilə gətirib. İqor Qrosu ölkəmizlə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və əməkdaşlıq əlaqələrinə toxunub. 

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili parlamentlərarası münasibətlərdən söz açıb. Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi nəticəsində torpaqlarımızın erməni işğalçılardan azad olunduğundan danışıb. O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdən bəhs edərək, Azərbaycanın enerji və tranzit yükdaşıma potensialının dost ölkələr üçün əməkdaşlığa xidmət etdiyini vurğulayıb. 

Moldova Parlamentinin sədri İqor Qrosu Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib, yaşıl enerji üzrə planlaşdırılan layihələrə qonşu Moldovanın qoşulma perspektivlərindən danışıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, habelə iqtisadi, enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb. 

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir