MM-in Komitə sədri: “Azərbaycanda narkomanların sayı hələ də çoxdur”

0

“Azərbaycanda narkomanların, o cümlədən onlar arasında qadın və uşaqların sayı hələ də çoxdur”.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin oktyabrın 6-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması narahatlıq yaradır: “Hamımız bilirik ki, narkotik cəmiyyətin əsası olan ailəni dağıdır, ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artmasına və xəstə uşaqların doğulmasına səbəb olur. Bu səbəbdən qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac yaranır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir