MM-in komitə sədri: “Azərbaycan beynəlxalq platformada qərarların qəbulunda hüquqi çərçivənin yaradılmasına şərait yaradacaq”
“Hesab edirəm ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsinin qəbulu ilə Azərbaycan beynəlxalq platformada hansısa qərarların qəbulunda hüquqi çərçivənin yaradılmasına şərait yaratmış olacaq”.
“Turanım səsi” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Hədəfli maliyyə sanksiyaları haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.
“Bu gün beynəlxalq sanksiyaların tətbiq edilməsi artıq dəb halını alıb. Ən çox sanksiya tətbiq edilən iki ölkə ilə Azərbaycan qonşudur. Belə olan halda Azərbaycan hansı siyasəti aparacaq? Ölkəmizə qarşı çox sayda təzyiqlər edilir”, – komitə sədri bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09