Misirdə keçirilən kikboksinq üzrə “Heydər Əliyev kuboku” başa çatıb
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə yarış keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yarışın açılışında Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və suverenliyinin xilası və möhkəmləndirilməsində əvəzsiz rolundan və müstəsna xidmətlərindən, bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinin inkişafı naminə həyata keçirdiyi böyük işlərdən bəhs edib. Vitse-spiker Ulu Öndərin əsasını qoyduğu bədən tərbiyəsi və idman siyasətinin bu gün öz uğurlu nəticələrini verdiyini, Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını bildirib.
Azərbaycan və Misir kikboksçuları arasında “Heydər Əliyev kuboku” uğrunda keçirilən yarışda idmançılarımız 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olublar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI